330x110
 

Pərakəndə ticarət sahəsi ardıcıl olaraq mənfi qiymətləndirilir - 7 aydır belədir

30.09.2020,16:32


30 sentyabr, Fineko/abc.az. Bu ilin aprel-avqust aylarında Azərbaycanda sənaye sahəsi üzrə orta Biznes İnam İndeksi (Bİİ) mənfi zonasında qalsa da, sentyabr ayında müsbət zonaya yüksəlib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, real sektorun digər sahələrində də dəyişiklər baş verib.

Belə ki, avqust və sentyabr aylarında Bİİ tikinti sahəsində müsbət qalsa da, pərakəndə ticarət sahəsində ardıcıl olaraq yeddi ay mənfi göstəricilərə malikdir.

Xidmət sahəsinə gəldikdə, bu sektor üzrə Bİİ may ayından bəri artıq 5 aydır ki, mənfi dinamika nümayiş etdirir.