330x110
 

Bu kateqoriyadan olanlara aylıq müavinət verilməsi təklif olunur – Yeni layihə

30.09.2020,16:44


30 sentyabr, Fineko/abc.az. Azərbaycanda övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət verilməsi təklif olunur.

ABC.AZ-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, övladlığa götürülən uşağa görə hansı halda müavinət təyin ediləcəyi də müəyyənləşir. Övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunacaq.

Layihədə qeyd olunub ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə aylıq müavinət almaq hüququ yarandıqda, həmin şəxslərə hər iki müavinət təyin ediləcək. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.