Beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir – İlham Əliyev

17:35 - 30.09.2020


30 sentyabr, Fineko/abc.az. Bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 27-dən başlayan hərbi təxribat zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. İlham Əliyevin sözlərinə görə, son illər ərzində Azərbaycan beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərib və haqlı olduğumuzu sübut edə bilmişik: "Biz bunu sübut etməli idik ki, biz haqlıyıq. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir. BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, ATƏT – bütün bu təşkilatlar bizim mövqeyimizi dəstəkləyən bəyanatlar veriblər. Biz buna görə minnətdarıq. Bu, məsələnin hüquqi tərəfidir".

 

Bütün xəbərlər