330x100
 

Daha bir ölkədən Azərbaycana dəstək – BMT qətnamələrinə əməl edilsin

01.10.2020,09:59


1 oktyabr, Fineko/abc.az. Kolumbiya Senatının Xarici Əlaqələr daimi Komissiyası Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyini bir daha ifadə edən sənəd qəbul edib.

ABC.AZ-ın məlumatına görə, sənəddə Kolumbiya Senatının adıçıkilən komissiyası tərəfindən təcavüzkar siyasətə son qoyulmasına, münaqişənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində və BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinin tətbiqi ilə həllinə çağırış edilir.

Bəyanatda beynəlxalq təşkilatlar Azərbaycan ərazisində yaşanan münaqişəyə münasibətdə daha ehtiyatlı davranmağa, ədalətli və qərəzsiz mövqedən çıxış etməyə çağrılır.