İctimai televiziya tender keçirir - İştirak haqqı 50 manatdır

10:48 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.

ABC.AZ-ın məlumatına görə, tenderdə iştirak haqqı 50 manatdır. İddiaçılar ilkin sənədləri oktyabrın 20-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 28-i, saat 15:00-a qədər dövlət satınalmalarının vahid internet portal vasitəsi ilə təqdim edə bilərlər.

Qeyd edək ki, tenderin nəticəsi oktyabrın 29-da, saat 11:00-da portalda açıqlanacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər