Son 3 ayda Azərbaycanda bu qədər hibrid avtomobilləri satılıb – Artım var

11:21 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Son 3 ayda Azərbaycanda satılan hibrid avtomobillərinin sayı açıqlanıb.

Ekspertlərin ABC.AZ-a verdiyi məlumata görə, yay-payız aylarında ölkədəki dillerlər tərəfindən 80 ədəd hibrid avtomobili satılıb.

Vətəndaşlar tərəfindən isə Gürcüstan vasitəsi ilə 10 ədəd hibrid avtomobil gətirilib. Müqayisə üçün qeyd edək ki, mart-may aylarına nisbətən hibrid avtomobillərinin satışı 20 faiz artıb.

Ekspertlər hesab edir ki, pandemiya dövrü bitdikdən sonra hibrid avtomobillərinin satışı daha da artacaq. Onlar hesab edir ki, gələcək dövr hibrid avtomobillərinindir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər