Səkkiz ayda Azərbaycanın hansı məhsullarının ixracı artıb? - Hesabat

11:30 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Bu ilin ilk 8 ayı ərzində meyvə-tərəvəz ixracının dəyəri 376,3 milyon, pambıq lifi ixracı 77,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,6 milyon, kimya sənayesi məhsullarının ixracı 52,4 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 31,5 milyon, mis və ondan hazırlanan məmulatların ixracı 12,5 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 118,5 milyon, pambıq ipliyi ixracı 11,3 milyon, spirtli və spirtsiz içkilərin ixracı 8,4 milyon, şəkər ixracı 11,5 milyon, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 15 milyon, çay ixracının dəyəri 6,2 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu rəqəmlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın sentyabr sayında öz əksini tapıb.

Sözügedən sayda qeyd olunub ki,  ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında meyvə-tərəvəz ixracı 4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 28,9 faiz, çay ixracı 0,2 faiz artıb.

 

Bütün xəbərlər