ABŞ-da ticari və strateji xam neft ehtiyatlarında geriləmə - Günbəgün azalır

11:47 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. ABŞ-ın ticari xam neft ehtiyatları böyük həcmdə azalıb.

ABC.AZ-ın məlumatına görə, Birləşmiş Ştatlarda xam beft ehtiyatları ötən həftə ilə müqayisədə 2 milyon barel azalıb.

Belə ki, dünya nəhəngi ölkəsində ötən həftə ticari xam neft ehtiyatları 492,4 milyon barel olduğu halda gözləntilər daha çox idi.

Ekspertlər xam neftin təxminən 1,4 milyon barel artacağını gözləyirdi. Buarada onu da qeyd edək ki, strateji xam neft ehtiyatları da azalıb. Bu xam neft isə 643,2 milyon barel səviyyəsinə düşüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər