Banklardan bu xidmət haqqı tutulmayacaq – Gələn ilin iyuluna kimi

12:00 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı Ani Ödəniş Sistemi üzrə göstərilən əməliyyatlarla bağlı banklardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutmayacaq.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir. Məlumatda Mərkəzi Bankın bu addımının səbəbi də açıqlanıb.

Qeyd olunub ki, məqsəd əhali və biznes subyektlərinin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər