Dünyanın nəhəng Bankı Azərbaycanla bağlı proqnoz verdi - İqtisadiyyat artacaq

12:23 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) gələn il üçün Azərbaycanın iqtisadi artım tempi ilə bağlı proqnozlarını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, nəhəng bank 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 2,5% səviyyəsində artacağını ehtimal edir.

AYİB hesabatında bu il Azərbaycanda ÜDM-lə bağlı proqnoz verməyi də unutmayıb. Belə ki, hesabatda bu il ölkəmizdə ÜDM istehsalının 3% azalacağı əks olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər