330x110
 

Valyuta hərracında AMB banklara $62,8 mln. satıb

01.10.2020,15:02


1 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 1-də valyuta hərracında banklara $62,8 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $62,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.