Uzun fasilədən sonra bağçalar fəaliyyətə başladı – Bu gündən

15:06 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 1 oktyabr tarixindən Bakı şəhəri üzrə dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib və bu gün səhərdən artıq uşaq bağçaları fəaliyyətə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən ABC.AZ-a bildirilib ki, uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür: “Bununla əlaqədar bağçaların açılışına hazırlıq prossesində İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb.

Bağçaların tərbiyəçiləri və texniki işçiləri tərəfindən bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görülüb, işçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub”.

 

Bütün xəbərlər