330x110
 

Silahlı Qüvvələrə Yardım Fonduna ödənişlər asanlaşır – Detallar

01.10.2020,15:27


1 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna könüllü ödənilən ianələrin köçürülməsi alətlərini və imkanlarını genişləndirib.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, Fonda ediləcək ianələrin AMB-nin operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.

Bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan “Azərpoçt” MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (“Android” və “iOS” platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.