Ermənistandan fərqli olaraq biz yalnız hərbi obyektlərə zərbə endiririk - Müdafiə Nazirliyi

15:30 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb.

ABC.AZ- daxil olan məlumata görə, Müdafiə Nazirliyi  Azərbaycan Ordusunun yalnız hərbi obyektlərə zərbə endirdiyini açıqlayıb.

"Bir daha bildiririk ki, Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib".

 

Bütün xəbərlər