330x110
 

Koronovirusa yoluxanlar azaldı, sağalanlar çoxaldı – Günün statistikası

01.10.2020,16:16


1 oktyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasından daha 114 nəfər sağalıb, 80 yeni yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 40 min 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 68 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib. Aktiv xəstə sayı 1648 nəfərdir.