Ordumuza yardımı bu vasitələrlə də edə bilərsiniz – Yeni imkanlar

17:32 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Silahlı Qüvvələrə Yardım Fonduna ianələrin qəbulu “Azərpoçt” MMC vasitəsi ilə də həyata keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, “Azərpoçt” MMC-nin bütün poçt şöbələri ilə yanaşı, "Şəbəkə" xidmət mərkəzlərində də ianələrin qəbulu aparılır.

Bildirilib ki, qurumlar və fiziki şəxslər tərəfindən köçürülən vəsaitlərə görə xidmət haqqı nəzərdə tutulmayıb.

 

Bütün xəbərlər