Ermənistan bu kəndləri artilleriya atəşinə tutur – Ölən və yaralılar var

10:22 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Ermənistan bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndlərini intensiv artilleriya atəşinə tutur.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, ermənilərin atəşi nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Müdafiə Nazriliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq düşmən bunu davam etdirir.

"Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var. Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək" deyə Nazirliyin məlumatında qeyd olunub.

 

Bütün xəbərlər