Dağlıq Qarabağdakı şirkətlər də bölgədən qaçır – Qızıl yataqlarında iş dayanıb

10:24 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Kəlbəcər qızılını istismar edən şirkətlər bölgədə müharibə başlayandan Dağlıq Qarabağdan çıxır.

ABC.AZ-ın Türkiyə mediasına istinadən məlumatına görə, rayon ərazisdində mis və qızıl yataqlarında artıq 5 gündür işlər dayanıb.

Burada fəaliyyət göstərmiş şirkətin bütün əməkdaşları isə dərhal bölgədən uzaqlaşdırılıb.

Qeyd edək ki, Kəlbəcərdəki mis və qızıl yataqlarını istismar edən ən böyük şirkətlərdən biri sərmayədarı rus olan Rus GeoProMining Gold şirkətidir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər