Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək

15:40 - 2.02.2018


2 fevral, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 5-7-də Çinə səfər edəcək.

İqtisadiyyat Nazirliyinin məlumatında deyilir ki, səfərin məqsədi "Kəmər və Yol" layihəsinin təşviqində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolu" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Konfransda İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın tranzit potensialına dair çıxış edəcək, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə müzakirələr aparacaq.

“Azərbaycan nümayəndə heyətinin Çinə səfəri zamanı Pekində Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin ofisinin rəsmi açılışı olacaq”, - məlumatda belə deyilir.

Bundan əlavə, Pekin və Sianda biznes forumlar təşkil olunacaq. Fevralın 7-də Sian şəhərində "İpək Yolu" Beynəlxalq Ticarət Palatasının təşəbbüsü ilə Azərbaycanda investisiya mühitinin təqdimatı olacaq.

 

 

Bütün xəbərlər