Azərbaycanda “MAN” markalı yük maşınlarının satışı 50% azalıb

15:58 - 2.02.2018


2 fevral, Fineko/abc.az. Azərbaycanda “MAN” markalı yük maşınlarının satışı xeyli azalıb.

“Improtex Trucks and Buses” şirkətinin rəsmi distribütoru Fineko/abc.az  İnformasiya Agentliyinə bildirib ki,  2014-cü il ilə müqayisədə, 2017-ci ildə yük maşınlarının satışı 40%-50% azalıb.

“2016-cı ildə isə vəziyyət daha acınacaqlı olub. Cəmi bir-neçə avtomobilin satışını reallaşdıra bilmişik.  Ona görə də 2016-cı il ilə müqayisədə 2017-ci ili uğurlu hesab edə bilərik”, - deyə şirkətdən bildirdilər.

Həmçinin şirkətdən xəbər verildi ki, 2005-ci ildən bu günə qədər “Improtex Trucks and Buses” şirkəti 1300-dən çox yük avtomobilləri və avtobusları satmışdır.

 

Bütün xəbərlər