330x110
 

Bu nazirliyin 140 əməkdaşı ordu sıralarına qoşuldu

02.10.2020,12:23


2 oktyabr, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin yüzlərlə əməkdaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.

ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş əməkdaşlarımızdan 140 nəfər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub.

Düşmənə layiqli cavab verən Ordumuzun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən nazirlik əməkdaşları Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Müəllif: Elmir Murad