Bağlanmış bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib? – Hesabat

12:33 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Oktyabrın 1-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 22 min 831 əmanətçiyə 538,35 milyon manat kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 1-dək "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə 193 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4130 əmanətçiyə 79,1 milyon manat, "NBC Bank" üzrə isə 3942 əmanətçiyə 113,9 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən oktyabrın 1-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 345,34 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5575 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 132,5 milyon manat, "Ata Bank" üzrə 9184 əmanətçiyə isə 212,83 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər