Ordumuz irəli gedib – Nazirlik rəsmisi

16:11 - 2.10.2020


2 oktyabr, Fineko/abc.az. Gecə ərzində və bu dəqiqələrdə cəbhənin bütün istqimətlərində döyüş əməliyyatları davam edir.

ABC.AZ xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O qeyd edib ki, düşmənin şəxsi heyəti arasında qorxu dərin ruh düşkünlüyü yaradır: "Uğurlu əməliyyat nəticəsində Ordumuz Madagiz istiqamətində hakim yüksəklikləri azad edib. Cəbrayıl-Füzuli istqiamətində düşmənin müqaviməti qırılıb və Ordumuz irəli gedib. Murov dağı istqəmətində də əməliyyat şəraiti nəzarət altındadır".

 

Bütün xəbərlər