Azərbaycan Mərkəzi Bankın valyuta ehtiyatları 5381,2 milyon dollara çatdırılıb

16:19 - 2.02.2018


2 fevral, Fineko/abc.az. Azərbaycan MB valyuta ehtiyatları 2018-ci ilin yanvar ayı ərzində 0,87% artmışdır.

AMB-dan verilən məlumata görə, valyuta ehtiyatları 2018-ci ilin 31 yanvar tarixinə 5381,2 milyon dollar təşkil etmişdir, 2017-ci ilin 29 dekabr tarixində isə bu göstərici 5334,6 dollar təşkil etmişdir.

2017-ci ilin yanvarın 1-nə  valyuta ehtiyatları 3 974,4 milyon dllar təşkil etmişdir. 2017-ci il ərzində AMB-in valyuta ehtiyatları 1 360,2 milyon dollar və yaxud  34,22% artmışdır.

 

 

Bütün xəbərlər