Vaqif Dərgahlı: “Şəxsi heyət çatışmazlığıdan əziyyət çəkən düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”

16:16 - 3.10.2020


3 oktyabr, Fineko/abc.az.   “Şəxsi heyət çatışmazlığıdan əziyyət çəkən düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir”

ABC.AZ  xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin  Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O qeyd edib ki, döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir. Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq.

Bütün xəbərlər