FHN ermənilərin Gəncəyə atdığı raketlərlə bağlı məlumat yaydı - 2 nəfər xilas olundu

13:33 - 4.10.2020


4 oktyabr, Fineko/abc.az. Bu gün səhər saatlarından başlayaraq Ermənistan ərazisindən ölkəmizin ikinci böyük şəhəri olan və döyüş bölgəsindən tam kənarda yerləşən Gəncə şəhəri raket zərbələrinə məruz qalıb.

Fövqəladə Hallar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, əraziyə cəlb olunmuş FHN-in müvafiq qüvvələri tərəfindən bir ünvanda yanğının qarşısı alınıb, üç ünvanda isə dağıntıların aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görülür.

Dağıntılar altından xəsarət almış iki nəfər xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər