Hərbçilərimiz qondarma Dağlıq Qarabağ Respublikasının prezidentini vurdu - Rəsmi

14:00 - 4.10.2020


4 oktyabr, Fineko/abc.az.  Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalarla qadağan edilmiş klastr adlanan, yəni kasetli bombalardan istifadə olunur və Azərbaycanın şəhərlərinə atılır.

 ABC.AZ xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, bununla da Ermənistan dövləti özünün terrorçu dövlət olduğunu, öz xislətini göstərir: "Əmin ola bilərsiniz ki, düşmənə layiqli cavab verilir. Özünü qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti təqdim edən Araik Arutyunyan atəşə əmr verdiyini deyib. Ona demək istəyirəm ki, Araik Artunyan, sən ön xəttə deyilsən, bunkerdə gizlənmişdin. Azərbaycan Silahlı Qüvvələri sənin yerini tapdı və cavabın verildi. Məlumata görə, hazırda Araik Arutyunyan ağır yaralıdır". 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər