Pakistanın “Shaheen Airlines” aviaşirkəti iyun ayından etibarən Bakıya uçuşlar həyata keçirməyi planlaşdırır

16:41 - 2.02.2018


2 fevral, Fineko/abc.az. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandanı qəbul edib.

Nazirliyin məlumatında deyildiyi kimi,  görüş zamanı səfir  bildirib ki, Pakistanın “Shaheen Airlines” şirkəti iyun ayından etibarən Bakıya uçuşlarını təşkil etmək niyyətindədir.

“Bu layihə Azərbaycan və Pakistan vətəndaşları üçün turizm baxımından mühüm  olacaq”, - səfir belə deyib.

 

Bütün xəbərlər