Cənubi Qafqazda sülhü pozan yeganə ölkə Ermənistandır – Dövlət Bahçeli

10:38 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Erməni quldurları Azərbaycan Ordusunun qarşısında sıxışdıqca qarşıdurma ərazisini dinc əhalinin yaşadığı yerlərə doğru genişləndirirlər.

ABC.AZ-ın “Anadolu”ya istinadən məlumatına görə, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli söyləyib.

O qeyd edib ki, Ermənistan zalımdır, canidir, tökdüyü qanda boğulmalıdır: "Cənubi Qafqazda sülh və sabitliyə qarşı çıxan yeganə ölkə Ermənistandır. Artıq beynəlxalq ictimaiyyət dinc əhaliyə qarşı yönəlmiş qanlı və xaincə hücumlara biganə qalmamalıdır. Bu vəsilə ilə şəhid olan soydaşlarımıza Allahdan rəhmət, yaralı soydaşlarımıza isə şəfa diləyirəm”.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər