Emin Ağalarov ordumuza dəstək oldu – Böyük məbləğ

10:51 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Azərbaycanın xalq artisti və Rusiyanın tanınmış müğənnisi və iş adamı Emin Ağalarov dostları ilə birlikdə Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat vəsait köçürüb.

ABC.AZ-ın məlumatına görə, bu barədə E. Ağalarov özü xəbər verib.

O qeyd edib ki, bu təşəbbüsə hazırda Azərbaycandan kənarda yaşayan Azərbaycan əsilli müğənnilər, artistlər də qoşulub. "Biz birlikdə güclüyük! Dostlar, dəstəyə görə təşəkkür edirəm!", - deyə otelin sahibi, iş adamı Emin Ağalarov bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər