330x100
 

Yığım və ödənişi azalan sığorta növü - Hesabat

05.10.2020,11:32


5 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 62 milyon 442,4 min manat sığorta haqqı yığılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu müddətdə eyni sığorta növü üzrə 36 milyon 927,1 min manatlıq ödəniş həyata keçirilib.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 18%, ödənişlər 13,6% azalıb.

Müəllif: Elmir Murad