Ölən mülki şəxslərin sayı açıqlanıb – Baş Prokurorluq məlumat yaydı

12:10 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ABC.AZ-a verilən məlumata görə, sentyabrın 27-dən indiyədək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər yaralanıb. Bundan başqa, 56 mülki obyekt və 306 yaşayış evi yararsız hala düşüb.

 

Bütün xəbərlər