Milli Məclis sabah bu məsələləri müzakirə edəcək – Siyahı

15:28 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi sabah Milli Məclisin plenar iclası keçiriləcək.

ABC.AZ xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirə ediləcək.

Bununla yanaşı iclasın gündəliyinə daha 17 məsələ daxil edilib.

Bunlar “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022), “Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Təhsil haqqında” qanun və.s məsələlərdir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər