330x100
 

FHN rayonlara dəymiş ziyanla bağlı məlumat yaydı – Ev yanıb

05.10.2020,15:37


5 oktyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin atdığı mərmi Ağdam rayonunun Alıbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahədə təsərrüfat sahəsində yanğna səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Ağcabədi rayonunun Sarıcalı kəndində vətəndaşa məxsus fərdi yaşayış evi yanıb, təsərrüfat sahəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Mərmi düşməsi nəticəsində Bərdə şəhərində vətəndaşa məxsus evin yanar konstruksiyaları və həyətyanı sahədəki köməkçi tikili yanıb. Bir nəfər həlak olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.