“Azərsu” -nun kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 552 min 280 manat köçürdü

17:05 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az.  “Azərsu” ASC-nin kollektivi işğal altında olan torpaqlarımızın azad edilməsi və  ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.

“Azərsu” ASC-dən ABC.AZ-a verilən məlumata görə Cəmiyyətin əməkdaşları tərəfindən fonda könüllü olaraq 552 min 280 manat vəsait köçürülüb.

Bütün xəbərlər