330x100
 

Səfərbərlik Xidmətindən daha bir açıqlama

05.10.2020,17:14


5 oktyabr, Fineko/abc.az. "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir".

Bu barədə ABC.AZ-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədi ilə müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə yola salınırlar.

"Bir daha xatırladaq ki, gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər", - qurumdan bildirilib.