Ermənistanı dəstəkləyənlər – Pornoulduz və Emmanuel Makron

18:03 - 5.10.2020


5 oktyabr, Fineko/abc.az. 2020-ci il 27 sentyabr. Bu tarix sıradan bir gün kimi yox, dərsliklərə Azərbaycanın şanlı qələbələrinin başlandığı gün kimi düşəcək.

Məhz 27 sentyabrda, 30 il onra Azərbaycan əzəli torpaqlarını qaytarmaq üçün irəliyə doğru addım atdı və 7 kəndi erməni işğalından azad etdi.

Ölkəmizin haqq işində rəsmi Bakıya dəstək verən ölkələr günbəgün artır.

Hər ötən gün dünya liderləri Azərbaycanın öz torpaqlarında müharibə apardığını və bunun rəsmi Bakının ən ali haqqı olduğunu dilə gətirirlər. Amma nədənsə Azərbaycanın öz torpaqlarını azad etməsi bəzi ikiüzlü ölkələrin və dövlət başçılarının xoşuna gəlmir.

30 il erməni terroruna məruz qalan, 1 milyondan artıq məcburi köçkünü ən pis vəziyyətdə yaşayan azərbaycanlılara görə, 1 dəfə də olsun səsini çıxartmayan, ermənilərə gözün üstdə qaşın var deməyənlər indi haqdan, ədalətdən danışmağa başlayıb. Və Azərbaycana haqq işinə mane olmaq istəyir.

Təbii ki, Cənab Prezident İlham Əliyev Azərbaycanı beynəlxalq qaydaları pozmaqda ittiham edən ölkələrin də, onların liderlərinin də həmişəki kimi cavablarını verir və onları "yerində oturtmağı" bacarır. Kimdi dünyaya car çəkib, Azərbaycanı haqlıykən haqsız duruma salmaq istəyən, haqq işimiz olmasına baxmayaraq bizə yox, erməniyə dəstək verənlər?. Amerikada yaşayan və ancaq orasını-burasını göstərməklə populyarlaşan, ancaq intim addımları ilə insanların diqqətini cəlb edən erməni əsilli Kim Kardaşyan və vaxtilə Əlcəzairdə kütləvi qırğınlar törədən Fransa dövlətinin lideri Emanuel Makron. K. Kardaşyanın tarixdən anlayışı yoxdur, varsa da erməni olduğu üçün Ermənistana dəstək verir, öz erməni xisləti ilə yalan danışıb, dünyaya Azərbaycanı haqsız, Ermənistanı isə haqlı göstərir.

Əlcəzairdə, Afrikada insanları qıranda haqq-hüquq tanımayanlar isə indi ədalətdən dəm vurur. Söhbət Fransa lideri Makrondan gedir. Fransa prezidenti yerində dura bilmir. Ermənipərəstliyi ilə daim diqqət çəkən Makron Azərbaycan ordusunun hər gün öz torpaqlarını işğaldan azad etməsini nədənsə həzm edə bilmir. Sanki buna qıcıq olur, hər gün Azərbaycan Prezidentinə zəng edib müxtəlif bəhanələrlə müharibəni dayandırmağa çalışır. Amma ona hələ də deyəsən dövlət başçımızın "ermənilər Dağlıq Qarabağdan çıxmayana qədər Azərbaycan ordusunun əməliyyatı dayanmayacaq" fikri çatmayıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər