Rusiya aviaşirkətlərinin bu ölkələrə uçuşlar yerinə yetirilməsinə icazə verildi

11:35 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Rusiya aviaşirkətlərinə 24 ölkəyə müntəzəm uçuşların yerinə yetirilməsinə icazə verilib. Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi ("Rosaviasiya") bununla bağlı müvafiq qərar imzalayıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, siyahıda həmçinin hava əlaqəsi hələ bərpa olunmayan ölkələr də yer alıb.

Beləliklə, Rusiya aviaşirkətləri hava əlaqəsi artıq bərpa olunmuş Belarus, Böyük Britaniya, Misir, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, BƏƏ, Türkiyə və Tanzaniya, həmçinin, hava əlaqəsi hələ bərpa olunmamış Azərbaycan, Almaniya, Yunanıstan, İsrail, İspaniya, İtaliya, Kipr, Çin, Malta, Niderland, Səudiyyə Ərəbistanı, Türkmənistan, Çexiya, Özbəkistan və Ermənistana uçuşların yerinə yetirilməsinə dair icazə alıb.

Bütün xəbərlər