Ən çox dövriyyəsi olan investisiya şirkətləri - Siyahı

11:36 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB-) 2020-ci ilin yanvar-sentyabr ayları üzrə ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsi açıqlanıb.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, sözügedən dövrdə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 7 milyard 109 milyon 969 min manat dövriyyə ilə 1-ci pillədə qərarlaşıb. İkinci yerdə 1 milyard 457 milyon 980 min manat dövriyyə ilə "Unicapital İnvestisiya Şirkəti" ASC qərarlaşıb. Siyahıda "AzFinance İnvestisiya şirkəti" QSC 1 milyard 2 milyon 511 min manat dövriyyə ilə sonuncu yəni 3-cü yeri tutub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər