Doqquz ayda qiymətli kağızlar üzrə əməliyyatların həcmi açıqlandı - Hesabat

11:56 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi açıqlanıb.

 ABC.AZ Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, sözügedən dövrdə BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8 milyard 572 milyon 179 min manat təşkil edib.
 

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 435 milyon 818 min manat və ya 22,1%-dir. Qeyd edək ki, ötən ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 milyard 7 milyon 996 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər