Daha bir investisiya şirkətinə lisenziya verildi

12:26 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank İdarə Heyətinin qərarı ilə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-yə lisenziya verilib.

ABC.AZ report-a isrinadən xəbər verir ki, məlumata görə, bununla da, ölkədə lisenziyası olan investisiya şirkətlərinin sayı 9-a çatıb.

Qeyd edək ki, “ABB-İnvest İnvestisiya Şirkəti"ni bu ilin iyun ayında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) yaradıb. Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Nadir Mansur oğlu Babazadədir.

Bütün xəbərlər