Prezidentin köməkçisi ermənilərin yaraladığı azyaşlı Zəhra barədə paylaşım etdi

14:20 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev oktyabrın 4-də Gəncənin işğalçı Ermənistan ərazisindən atəşə tutulması nəticəsində yaralanan 2019-cu il təvəllüdlü Eyubova Zəhra Xəyyam qızı barədə paylaşım edib.

ABC.AZ xəbər verir ki, Prezident köməkçisi öz tvitter hesabında #Gəncəgüclüdür həştəqindən istifadə edərək qeyd edib: “Nəsillər dəyişir, ancaq Ermənistanın Azərbaycan xalqına qarşı vəhşilikləri bitmir. Ermənistanın Gəncə şəhərinin yaşayış məntəqələrinə raket hücumu nəticəsində bu 10 aylıq qız yaralanıb”.

Bütün xəbərlər