Türk xalqının Can Azərbaycana dəstəyini bir daha dünyaya göstərmək üçün buraya gəldim - Çavuşoğlu

15:37 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə biz bu məsələ ilə bağlı dəfələrlə öz sözlərimizi demişik ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlunu qəbul edərkən deyib.

 

Dövlət başçısı qeyd edib ki, bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, Türkiyənin, Türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim: "Bu gün Sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır. Əlbəttə, Türkiyə olaraq və Türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq".

Bütün xəbərlər