Zakir Həsənov: Ermənistan “İsgəndər” raket komplekslərini tətbiq etsə adekvat tədbir görüləcək

15:39 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.

 

ABC.AZ-ın məlumatına görə, Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib.

"Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib" deyə nazir bildirib.

Bütün xəbərlər