Ermənilər məktəbləri atəşə tutur - Ağdam rayonunda

16:04 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Ermənistan silahlı qüvvələri Ağdam rayonunun qəsəbə və kəndlərini, mülki infrastruktur obyektlərini ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

ABC.AZ azərtac-a istinadən xəbər verir ki, düşmənin artilleriya atəşi nəticəsində rayonun Təzəkənd kəndində 3 evə, modul tipli məktəbə və çayxanaya ziyan dəyib, 3 baş heyvan tələf olub.

Məcburi köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində 3 ev dağılıb, 10 evə ziyan dəyib.

Bütün xəbərlər