ARPA Consulting və AZPROMO -nın təşkilatçılığı ilə “Beynəlxalq bazarlara çıxış”, “İraqa göndərilən ərzaq mallarının sertifikasiyası və təsdiqi” mövzusunda seminar keçirildi.

12:30 - 5.02.2018


1 fevral 2018-ci il tarixində  ARPA Consulting MMC-nin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə seminar keçirilmişdir.

Qonaq qismində iştirak edən “TÜV Rheinland” şirkətinin Beynəlxalq layihələr üzrə meneceri Norbert Müller “Beynəlxalq bazarlara çıxış”, “İraqa göndərilən ərzaq mallarının sertifikasiyası və təsdiqi”mövzulari barədə seminarda geniş məlumat vermişdir.

Seminarda 50-ə yaxın yerli şirkətlərin nümayəndələri iştirak etmişlər. 

Seminar iştirakçılarını daha çox maraqlandıran suallar “TÜV Rheinland” şirkətinin xidmətlərindən hansı üsül ilə yararlana biləcəkləri barədə idi, həmçinin bunun üçün nümunələrin Almaniyaya göndərilməsinin mütləqliyi haqda məlumatsız olmaları idi.
ARPA Consutling gələcəkdə Sizin yarana biləcək hər bir sualı cavablandırmağa və “TÜV Rheinladn” şirkətinin xidmətlərindən yararlanmaq istəyinizə köməklik göstərməyə hazırdır!
Qeyd etmək istərdik ki, ARPA Consulting MMC, “TÜV Rheinland” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir.

 

 

Bütün xəbərlər