On altıncı dəfədir doğum gününü prezident kimi qeyd edir – Putinin ad günüdür

10:19 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 68 yaşı tamam olur.

ABC.AZ xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentin doğum gününü necə keçirəcəyi barədə danışıb.

O qeyd edib ki, dövlət başçısı günün birinci yarısını ölkədaxili məsələlərə və xarici telefon danışıqlarına həsr edəcək.

"Putin günün digər hissəsini ənənəsinə uyğun olaraq doğmaları və yaxın dostları ilə keçirəcək. Günün digər hissəsinə gəlincə, bu, yəqin ki ənənəvi olaraq dostlar, doğmalar və yaxınlarla olacaq", - Peskov deyib.

Qeyd edək ki, Putin 16-cı dəfədir ki, doğum gününü Rusiya prezidenti vəzifəsində qeyd edir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər