Avropa Mərkəzi Bankı sədri bir cümlə işlətdi avro ucuzlaşdı – Proses davam edəcək

10:47 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bank sədrinin çıxışından sonra avro beynəlxalq valyuta birjalarında yenidən ucuzlaşmağa başlayıb.

ABC.AZ-ın məlumatına görə, Avropa Mərkəzi Bankının sədri Laqardın koronavirusla bağlı bəzi qadağaların yenidən tətbiq olunacağını şəraitində iqtisadiyyatda risklərin daha da artacağını deməsi, EURO/USD məzənnəsinin 1.18$-da müqavimətlə rastlaşaraq, 1.1725$-a kimi ucuzlaşmasına səbəb olub.

Analitiklər bundan sonra avronun hələ ucuzlaşmaöa davam edəcəyini deyirlər. Onlar hesab edir ki, məzənnə 1.1690$-a kimi də ucuzlaşa bilər. 

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər