Azərbaycanın MDM “Euroclear” hesablaşma sistemində hesab açmağı planlaşdırır

15:56 - 5.02.2018


5 fevral, Fineko/abc.az. Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) “Euroclear” hesablaşma sistemində hesab açmağı planlaşdırır.

MDM-in məlumatında deyilir ki,  Mərkəz və “Euroclear” nümayəndələri arasında görüş keçirilib.

“Görüşdə irəlidəki əməkdaşlıq perspektivləri müzakirə olundu”, - məlumatda belə qeyd edilmişdir. 

MDM hesablaşma sistemi ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır və “Euroclear”da hesab açmaq imkanını müzakirə edir.

MDM 1997-ci ildə yaradılıb. Təşkilatın nizamnamə kapitalı 2,7 milyon  manata bərabərdir.

 

Bütün xəbərlər