Azərbaycanın bank sektorunun xalis mənfəəti keçən il təxminən 884 milyon manat təşkil edib

15:57 - 5.02.2018


5 fevral, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) xəbər verir ki, bank sektorunun xalis mənfəəti 2017-ci ilin yekunları üzrə 883,6 milyon manat təşkil etmişdir.

MBNP-dan verilən məlumata əsasən,  keçən il üzrə bankların faiz gəlirləri  1 775,2  milyon manat, o cümlədən verilmiş kreditlər üzrə gəlirlər 1 282,7 milyon manat təşkil etmişdir. Faiz xərcləri 824,9 milyon manat təşkil edib ki, bu da  950,3 milyon manat xalis faiz mənfəətini təmin etmişdir.

Eyni dövr ərzində bankların qeyri-faiz gəliri 938,5 milyon manat, qeyri-faiz xərcləri isə 980,6 milyon manat təşkil etmişdir.

Azərbaycanın bank sektorunun vergi öncəsi mənfəəti 938,8 milyon manat, mənfəət vergisi üzrə ödənişlər 55,2 milyon manat təşkil edib.

 

Bütün xəbərlər